13 Aprel 12:48
2 884
Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən "Türk Strateji Düşüncə Mərkəzi" nin rəhbəri Onur Beyhan və bu Təşkilatın 2 üzvü Azərbaycanda səfərdədir. Qonaqlar aprelin 12-də Bakıda Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi Kompleksini ziyarət ediblər.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu və həmin Təşkilatın bir neçə üzvü ziyarətdə iştirak edib. Şamil Sabiroğludan aldığımız məlumata görə qonaqlar Azərbaycan Respublikası Milli Məclisinin bəzi deputatları, həmçinin, ictimai sektorda çalışan ziyalılarla görüşəcək, bəzi media orqanlarına müsahibə verəcək, fikir mübadiləsi aparacaqlar.
Səfər aprelin 22-də başa çatacaq.
1 İyul 20:48
945
1 İyul 12:59
1 295
1 İyul 12:45
1 148

