“Neftçi”nin müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq İdman

“Neftçi”nin müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Azərbaycan millisinin heyətində “Avro-2024”ün seçmə mərhələsində Avstriya (1:4) ilə keçirilən oyunda zədələnən “Neftçi” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna aydınlıq gəlib.

Trend kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı 31 yaşlı orta sahə oyunçusunun sağ dizinin medial bağında birinci dərəcəli gərilmənin aşkarlandığını bildirib. Artıq müalicəsinə başlanan oyunçunun təxminən iki həftə komandadan ayrı qalacağı gözlənilir.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti oyununu aprelin 1-də “Zirə”yə qarşı keçirəcək.