“Qarabağ" qələbəni əldən verməyə də bilərdi - Rusiya yığmasının məşqçisi İdman

“Qarabağ" qələbəni əldən verməyə də bilərdi - Rusiya yığmasının məşqçisi

“Qarabağ” yenə yaxşı oynadı. Yenə hesabda 2:0 öndə idilər, amma bu dəfə də matçın sonlarında üstünlüyü əldən verdilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov deyib.

Təcrübəli mütəxəssis “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı keçirdiyi cavab oyunu dəyərləndirib. O, Rusiya millisinin qapıçısı Andrey Lunyovun çıxışına da toxunub:

“İlk qol vurulanda Andreyin komandanı xilas etmək şansı az idi. İkincidə bəxti gətirmədi. Lunyov hər şeyi düz etdi. Amma bəxt yetərli olmadı. Andrey öz işini gördü”.
Kafanov oyunun psixoloji təsirindən ehtiyatlanır:

“Hesab edirəm ki, qırmızı vərəqə olmasaydı, qələbəni əldən verməyə də bilərdilər. Andrey öz növbəsində bacardığı hər şeyi etdi. Adətən belə matçlar qapıçı və oyunçuları özündən çıxarır. Futbolçular belə məğlubiyyəti uzun müddət ürəklərinə salırlar. Məni daha çox Andreyin psixoloji vəziyyəti narahat edir. Onun ağrılı məğlubiyyəti tez unutması və bu matçlaradək olan vəziyyətə qayıtması vacibdir. Lunyov psixoloji baxımdan güclüdür. Düşünürəm ki, bu dövrü arxada qoya biləcək”.

Qeyd edək ki, “Qarabağ” Leverkuzendəki görüşdə 2:0 hesabı ilə öndə olsa da, sonradan üç qol buraxaraq məğlub olub.