Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
10:05
798
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.
Bu səbəbdən yollarda yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.
Sürücülərdən xahiş olunur ki:
• Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.
• Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər.
• Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.
• Yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər.
"Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər. Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərləri zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir", DYP-dən bildirilib.
6 Mart 18:44
1 246
6 Mart 17:43
1 407
6 Mart 16:59
1 323