“Yeni soyuq rəqabət..”
21 Aprel 19:45
21 Aprel 19:45
21 Aprel 19:32
21 Aprel 19:09
6 Mart 20:32
3 066
Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.
Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.
Ə. Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan və Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.
21 Aprel 20:57
1 232
21 Aprel 18:11
1 533
21 Aprel 17:45
1 344