Pezeşkian qonşu ölkələrə hücumlara görə üzr istədi Dünya

Pezeşkian qonşu ölkələrə hücumlara görə üzr istədi

"İran qonşu ölkələrə qarşı hücumları yalnız cavab olaraq həyata keçirəcək".

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O bildirib ki, qonşu ölkələr bundan sonra yalnız İran ərazilərinə hücum etdikdə hədəf alınacaq. Bu barədə müvəqqəti rəhbərlik şurası dünən qərar qəbul edib.

İran mediasında yayımlanan açıqlamada Pezeşkian həmçinin qonşu ölkələrdən son günlərdə həyata keçirilmiş zərbələrə görə üzr istəyib.

Prezidentin sözlərinə görə, bundan sonra regional hücum siyasəti yalnız ərazi müdafiəsi çərçivəsində aparılacaq və qəsdən qonşu dövlətlər hədəf alınmayacaq. İran vətəndaşları İsrail və ABŞ qarşısında təslim olmayacaq. İran xalqının təslim olacağına ümid edənlər bu arzularını qəbirlərinə aparacaqlar.