Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
11:32
679
Tehran və İranın digər ərazilərində hərbi infrastrukturu hədəf alan əlavə hücum dalğası tamamlanıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə İsrail Hava Qüvvələrinə məxsus 80-dən çox döyüş təyyarəsi İranın hərbi infrastrukturu və ölkənin mərkəzi bölgələrində digər obyektləri hədəf alan əlavə hücumlar həyata keçirib.
Hücumlar çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsas hərbi universiteti, korpusun zabitlərinin təlim keçdiyi İmam Hüseyn Universiteti, raket anbarı, yüksək vəzifəli şəxslərinin fəaliyyət göstərdiyi komanda mərkəzləri mövcud olan ballistik raketlərin saxlanıldığı yeraltı infrastruktur məhv edilib.
Bundan əlavə, İsrailin ərazisinə yönəlmiş zərbələrin həcmini azaltmaq məqsədilə İranın qərb və mərkəzi bölgələrində bir neçə raket buraxılış yeri də vurulub.