Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
11:01
651
Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında və struktur qrumlarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Çıxışlarda tarix boyu zəkası, cəsarəti və fədakarlığı ilə seçilən Azərbaycan qadınının müasir dövrdə də cəmiyyətin müxtəlif sahələrində fəal mövqe nümayiş etdirdiyi, hərbi və təhlükəsizlik strukturlarında, elm və təhsil mühitində, eləcə də mədəniyyət və incəsənət sahələrində səmərəli fəaliyyət göstərərək ölkənin sosial-iqtisadi inkişafına, ictimai-siyasi həyatına mühüm töhfələr verdiyi qeyd olunub.
Tədbirdə Dahi Öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik prinsipləri əsasında Azərbaycan qadınının bu gün cəmiyyətin inkişafında mühüm rol oynayan aparıcı qüvvələrdən birinə çevrildiyi xüsusi vurğulanıb.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün müasir xidmət şəraiti yaradılıb.
Onlar dövlət sərhədlərinin etibarlı mühafizəsində, eləcə də hərbi təhsil, analitik fəaliyyət və tibbi təminat sahələrində məsul vəzifələri uğurla yerinə yetirərək sərhəd mühafizəsi sisteminin inkişafında özünəməxsus rol oynayırlar.
Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qətiyyəti, vətənə sədaqəti ilə fərqlənən sərhədçi qadın hərbi qulluqçuları və mülki işçiləri əlamətdar gün münasibəti ilə təbrik edərək xidməti fəaliyyətlərində, şəxsi həyatlarında uğurlar arzulayıb.
Daha sonra xidmətdə fərqlənmiş bir qrup qadın hərbi qulluqçu və mülki işçi Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən təltif edilib.
Təltif olunan sərhədçi qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, gələcəkdə də respublikamızın sərhəd təhlükəsizliyinin təmin olunmasında əzmlə çalışacaqlarını ifadə ediblər.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()