Amerikalı basketbolçu Azərbaycan klubunda qalacağını açıqlayıb İdman

Amerikalı basketbolçu Azərbaycan klubunda qalacağını açıqlayıb

Yeni mövsümdə Azərbaycanı basketbol üzrə Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions" oyunçusu Obri Makelpin ilə müqavilənin müddətini uzadıb.

Bu barədə AZƏRTAC-a 36 yaşlı amerikalı basketbolçu özü məlumat verib. O, Bakı təmsilçisi ilə 1 illik yeni müqavilə imzaladığını söyləyib.

Qeyd edək ki, “Abşeron Lions” ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubunu məğlub edəcəyi halda H qrupunda "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) komandaları ilə mübarizə aparacaq. Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda təşkil olunacaq.