28 İyul 22:43
3 073
Qapıçısı Radek Viteklə müqavilə müddətini 2028-ci ilə qədər uzadan İngiltərə təmsilçisi "Mançester Yunayted" onu icarəyə göndərib.
"Report" "qırmızı şeytanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, çexiyalı qolkiper 2025/2026 mövsümünü Çempionşip kollektivi "Bristol Siti"nin heyətində keçirəcək.
Qeyd edək ki, "Mançester Yunayted"ə 2024-cü ildə transfer olunan Radek Vitek ötən mövsüm icarə əsasında "Blau-Vayss" (Avstriya) klubunda çıxış edib.
26 Dekabr 15:51
1 428
26 Dekabr 15:02
1 470
26 Dekabr 15:01
1 435