III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Gəncəyə gəlib - FOTO İdman

III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Gəncəyə gəlib  - FOTO

Rusiyanın stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaq komandası III MDB Oyunlarında iştirak etmək üçün Gəncəyə gəlib.

APA-ın yerli bürosunun məlumatına görə, bu gün Rusiyadan olan idmançıları daşıyan təyyarə Gəncə Beynəlxalq Hava Limanına eniş edib.

Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıb.

Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi məkanlara yola düşüblər.

III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Gəncəyə gəlib - FOTO III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Gəncəyə gəlib - FOTO