

23 Sentyabr 18:28
23 Sentyabr 16:35
“Müxtəlif dinlərə mənsub şəhidlərin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhudi – fərq qoymadan birlikdə iştirak etdik”.
Bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalar Anım Gününün 5-ci ildönümünə həsr edilən 5-ci iclasında deyib.
“İstər Vətən müharibəsi günlərində, istərsə də mübarək Zəfərimizdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmiz barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq. Fəxarət doğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, fəaliyyətimizi yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsidir və multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti hər zaman qələbələrlə davam edəcək”, - QMİ sədri vurğulayıb.