Peskov: Putinin Zelenski ilə görüşü hazırlıq olmadan uğursuz piar aksiya olacaq Dünya

Peskov: Putinin Zelenski ilə görüşü hazırlıq olmadan uğursuz piar aksiya olacaq

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında hazırlıqsız görüş uğursuzluğa məhkum edilmiş piardır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov RBK radiosunda deyib.

O bildirib ki, Putin Zelenski ilə görüşməyə hazırdır, lakin hazırlıqsız görüş “uğursuzluğa məhkum edilmiş piar” olar.

Kreml rəsmisi Putin və Tramp arasında telefon danışığının hələ planlaşdırılmadığını, lakin tezliklə razılaşdırıla bilinəcəyini qeyd edib.