Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub İdman

Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Kikboksinq Fedarasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov "Master Class" kateqoriyasında 63 kiloqram çəki dərəcəsində kikboksinqin "Light Contact" və "Kick Light" versiyalarında qızıl medal qazanıb.

O, "Light Contact" növündə Sinqx Qurmare (Böyük Britaniya), Emanuel Kortes (Portuqaliya), Simone Kaloqeronu (İtaliya), "Kick Light" növündə isə Ola Alvarsson (İsveç), Bencamin Qallant (Kanada) və S. Kaloqeronu məğlub edib.

Bununla da Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub.

Turnirə noyabrın 30-da yekun vurulacaq.