28 Noyabr 2025 10:56
3 269
Bu gün futbol üzrə Misli Premyer Liqasında XIII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Turun açılış matçı Yevlax şəhər stadionunda “Kəpəz” və “Zirə” komandaları arasında olacaq. Görüş saat 14:00-da başlayacaq.
Hazırda Bakı klubu 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 6 xalı olan Gəncə təmsilçisi 10-cudur.
Günün son oyununda “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq. Bu həftə baş məşqçi Samir Abasovla yollarını ayıran “ağ-qaralar”ı meydana Sənan Qurbanov çıxaracaq.
Tovuz təmsilçisi 23 xalla 2-ci, Bakı klubu 15 xalla 8-ci sırada yer alıb.
Qeyd edək ki, turun digər oyunları noyabrın 29-30-da keçiriləcək.
07:26
462
5 İyul 20:01
1 379
5 İyul 20:00
1 386
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib