29 Noyabr 2025 15:26
3 108
Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.
Xalqcebhesi.az xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub. Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub.
Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.
07:26
497
5 İyul 20:01
1 386
5 İyul 20:00
1 386
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib