Messinin heykəli dağıdıldı - FOTO İdman

Messinin heykəli dağıdıldı - FOTO

Argentina millisinin hücumçusu Lionel Messinin fiquru Mar-del-Plata şəhərində vandallar tərəfindən dağıdılıb.

Teleqraf “Ahora Mar del Plata”nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçunun heykəlinə naməlum şəxslər hücum edərək onu iki yerə bölüblər.

Hazırda hadisənin başvermə şəraiti araşdırılır. Həmçinin artıq ikinci dəfə vandallığa məruz qalan heykəlin bərpa olunub-olunmamasının mümkünlüyü qiymətləndiriləcək.

Heykəl Argentina yığmasının 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatındakı qələbəsinə həsr olunmuşdu. El Nuevo Mundial kafesinin girişində yerləşən heykəlin üzərində Messinin milli komandanın rənglərində, əlində dünya çempionatının kuboku ilə təsvir olunmuşdu.

Xatırladaq ki, 2024-cü ildə Messinin heykəli başsız vəziyyətə salınmışdı.