3 Dekabr 2025 11:15
2 912
“Neftçi” Azərbaycan Kuboku tarixində ilk dəfə 1/4 finalda iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb.
Bu, Azərbaycan kubokunun 1/8 finalında baş verib. Bakı klubu “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.
Qeyd edək ki, “səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.
5 İyul 20:01
1 309
5 İyul 20:00
1 323
5 İyul 19:54
1 015
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib