Misli Premyer Liqasında daha iki oyun keçiriləcək İdman

Misli Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Tovuz klubu 24 xalla 4-cü, Qəbələ təmsilçisi isə 8 xalla 10-cu yerdədir.

Günün ikinci görüşündə "Sabah" evdə "Neftçi”ni qəbul edəcək. "Bank Respublika Arena"da oynanılacaq matç saat 20:00-da start götürəcək.

"Sabah" 25 xalla 3-cü, 16 xalı olan "Neftçi" isə 8-ci pillədədir.

Qeyd edək ki, XIV turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "Qarabağ"la heç-heçə edib - 1:1. Tur dekabrın 9-da başa çatacaq.