18:41
476
Misli Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunuilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərlə əlaqədar müzakirələr aparılıb.
Apasport.az xəbər verir ki, qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqviminin tam açıqlandığını, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşmanın yeni oyun kimi keçirilməsinə qərar verib.
Qərara əsasən, oyun 2026-cı ildə keçiriləcək, klublar oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcək, 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına da şamil olunacaq.