Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
12 Dekabr 2025 11:32
2 156
Azərbaycan boksçusu Sübhan Mamedov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Sahil Alahverdoviyə qalib gəlib. O, həlledici qarşılaşmada bu gün Rusiya təmsilçisi Edmond Xudoyanla döyüşəcək.
Digər boksçularımız Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) isə finala gedən yolda məğlub olaraq, bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.