Milli mədəni irs obyektlərinin Azərbaycandan qanunsuz aparılmasına görə cərimələr 2 dəfə artırılıb
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Rəsmi Tehrandan Trampa: İran dialoqa hazırdır, lakin məcbur qalsaq, misli görünməmiş cavab verəcəyik
Aİ Ermənistana 20 milyon avroluq hərbi yardımın ayrılmasını təsdiqləyib
12 Dekabr 2025 12:42
3 192
Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu Misir millisi və “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etmək istəyir.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, 33 yaşlı hücumçuya həftəlik 2,5 milyon, illik isə 120 milyon funt sterlinq məvacib təklif edilib.
Təcrübəli forvard “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slotla fikir ayrılığına görə əsas komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, Mersisayd klubunun heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, ölkə kubokunun, klublararası dünya çempionatının qalibi olub.
Cari mövsümdə misirli hücumçu klub səviyyəsində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.