Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
17 Dekabr 2025 11:55
3 262
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son bir il ərzində klub və milli komanda səviyyəsində rəsmi oyunlarda ən çox meydanda olan futbolçuların reytinqini açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, fiziki baxımdan ən davamlı futbolçuların siyahısına Paraqvay millisinin və Braziliyanın “Atletiko Mineyro” klubunun müdafiəçisi Xunior Alonso başçılıq edir.
Belçikanın “Brügge” klubunun yarımmüdafiəçisi Hans Vanaken ikinci, Portuqaliya təmsilçisi “Benfika”da çıxış edən argentinalı Nikolas Otamendi üçüncü pillədə qərarlaşıb.
2004-cü il və daha sonra doğulan futbolçular arasında isə Niderlandın “AZ Alkmaar” klubunun üzvü Vauter Xous birincidir. Onu “Brügge” forması geyinən ekvadorlu Coel Ordones və Belçikanın digər komandası “Genk”də çıxış edən Matt Smets izləyir.
Araşdırmaya əsasən, ilk 50-likdə ən çox təmsil olunan ölkə Kolumbiya olub. Bu ölkədən yeddi futbolçunun siyahıya düşməsi yerli çempionatın sıx oyun təqvimi və futbolçuların fiziki hazırlıq səviyyəsi ilə əlaqələndirilir.
Hesabatda, həmçinin daxili yarışlar, beynəlxalq turnirlər və milli komandalar üzrə oynanılan dəqiqələrin bölgüsü təqdim olunub. Uzunmüddətli göstəricilərə görə, son iki ilin lideri argentinalı Nikolas Otamendi, son üç ilin birincisi portuqaliyalı Brunu Fernandeş, son dörd və beş ilin ən çox meydanda olan futbolçusu isə paraqvaylı Qustavo Qomesdir.
10:25
777
1 Aprel 11:12
1 274
31 Mart 19:20
1 589