Azərbaycan UEFA reytinqində geriləyib İdman

Azərbaycan UEFA reytinqində geriləyib

Avropa klub yarışlarının son oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərib.

Apasport.az xəbər verir ki, Konfrans Liqasında dünən keçirilən oyunlardan sonra Azərbaycan 26-cı yerdən (22.250 xal) 28-ci yerə düşüb.

Slovakiya Azərbaycandan bir pillə yuxarıdadır (22.375), Bolqarıstan isə 29-cu pillədədir (19.875).

Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb. Hazırda ölkəni yalnız bir klub – “Qarabağ” Avropa yarışlarında təmsil edir.