“Bu prosesin Rusiyanın gözləntilərini doğruldacağını düşünmürəm”
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində çox mühüm rol oynayır
Ağdərə və Xocalının kəndlərinə növbəti köç karvanları yola salınıb - FOTO
İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 1100-ü keçib
İran: Avropanın tələbi ilə Rusiya ilə münasibətləri kəsməyəcəyik
11:32
567
Azərbaycan 2026-cı ildə İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq.
Bu barədə AZƏRTAC-a Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev məlumat verib.
O, qış idman növlərinin Azərbaycanda kifayət qədər populyar olmadığını, lakin həm Qış İdman Növləri Federasiyasının, həm də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu istiqamətdə böyük işlərin görüldüyünü bildirib: “Paradağ xizəyi üzrə idmançımız Polad Rzayev Qış Paralimpiya Oyunlarına reytinq xalları qazanmışdı və beynəlxalq turnirlərdə olduqca yaxşı çıxış edirdi. Təəssüf ki, biz onu Oyunlara göndərə bilməyəcəyik. Çünki yarışlara çox gec qoşulmuşdu. Qazandığı xallar Paralimpiadada iştirak üçün yetərli olmadı. Amma əminəm ki, paralimpiyaçılarımız növbəti illərdə qış idman növlərində öz qüvvələrini sınayıb, yüksək nəticələr göstərəcəklər”.
Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 6-15-də təşkil olunacaq.
11:33
574
08:31
868
19 Dekabr 13:10
2 156