Prezident İlham Əliyev: Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər İdman

Prezident İlham Əliyev: Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər

“Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır”.

Bunu Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir: “Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir”.