12:40
546
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha 6 qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, “Los Anceles Klippers” Şərq Konfransının lideri “Detroit Pistons”u öz meydanında 112:99 hesabı ilə məğlub edərək müntəzəm mövsümdə ardıcıl dördüncü qələbəsini qazanıb.
Bu nəticədən sonra Los Anceles təmsilçisi Qərb Konfransının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Matçların nəticələri:
“Oklahoma Siti Tander” – “Filadelfiya” – 129:104
“Vaşinqton Vizard” – “Memfis” – 116:112
“Los Anceles Klippers” - “Detroit Pistons” - 112:99
“Toronto Reptors” - “Qolden Steyt Uarriors” – 141:127
“Portlend Treyl Bleyzers” - “Boston Seltiks” – 114:108
“Los Anceles Leykers” – “Sakramento” – 125:101.