29 Dekabr 2025 12:41
6 384
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Siyahı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib