NBA: Lider öz meydanında qələbə qazanıb, türkiyəli basketbolçunun komandası uduzub İdman

NBA: Lider öz meydanında qələbə qazanıb, türkiyəli basketbolçunun komandası uduzub

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha on iki oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, son çempion “Oklahoma Siti Tander” evdə “Yuta Caz”ı 129:125 hesabı ilə üstələyib.

Türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” isə səfərdə “Portlend Treyl Bleyzers”ə 1 xal fərqi ilə uduzub – 102:103.

Hazırda Qərb Konfransının turnir cədvəlinə “Oklahoma Siti Tander” başçılıq edir. “Hyuston Rokets” 6-cı, “Portlend Treyl Bleyzers” 9-cu, “Yuta Caz” isə 13-cü yerdədir.

Matçların nəticələri

“Detroit Pistons” – “Çikaqo Bullz” – 108:93

“Şarlott Hornets” – “Toronto Reptors” – 96:97

“Nyu-York Niks” – “Los-Anceles Klippers” – 123:111

“Bruklin Nets” – “Orlando Mecik” – 103:104

“Memfis Qrizlis” - “Finiks Sanz” – 98:117

“Qolden Steyt-Uorriorz” - “Miluoki Baks” – 120:113

“Filadelfiya” - “Vaşinqton Uizards” – 131:110

“Boston Seltiks” – “Denver Naqqets” – 110:114

“Atlanta Hoks” - “Vaşinqton Uizards” – 117:100

“Oklahoma Siti Tander” – “Yuta Caz” – 129:125

“San-Antonio Spörs” - “Los-Anceles Leykers” – 107:91

“Portlend Treyl Bleyzers” - “Hyuston Rokets” – 103:102.