11:10
770
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha səkkiz qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Filadelfiya” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 128:122 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda “Hyuston Rokets” Qərb Konfransının turnir cədvəlində 4-cü, “Filadelfiya” isə Şərqdə 5-cidir.
Matçların nəticələri
“Filadelfiya” - “Hyuston Rokets” – 128:122
“Vaşinqton Uizards” - “Denver Naqqets” – 97:107
“Minnesota” - “Çikaqo Bullz” – 115:120
“Los-Anceles Klippers” - “Los-Anceles Leykers” – 112:104
“Orlando Mecik” – “Şarlott Hornets” – 97:124
“Dallas” - “Qolden Steyt-Uorriorz” – 123:115
“Yuta Caz” - “San-Antonio Spörs” – 109:126
“Portlend Treyl Bleyzers” - “Mayami Hit” – 127:110.