Təxribatın törədilmə üsullarına süni intellekt texnologiyalarından istifadə halları da daxil edilir
Ceyhun Bayramov Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi ilə görüşüb
İran ballistik raketlərlə ABŞ gəmilərini vurduğunu iddia edir
Zelenski: Ukrayna Körfəz ölkələrindən birinə dəniz dronları tədarük edəcək
30 Yanvar 14:02
2 401
Londonun "Arsenal" klubunun norveçli yarımmüdafiəçisi Martin Edeqor baş məşqçi Mikel Arteta ilə gərgin münasibətlər səbəbindən komandadan ayrılmağı planlaşdırır.
"Topskills Sports UK" xəbər verir ki, futbolçu və ispaniyalı mütəxəssis arasında gərginlik getdikcə artmaqdadır.
Mövcud vəziyyətdən yararlanmaq istəyən Almaniyanın "Bavariya" və İtaliyanın "İnter" klubları futbolçunun transferində maraqlıdırlar. Bu keçidin təxminən 92 milyon avroya başa gələ biləcəyi iddia edilir.
Qeyd edək ki, 2021-ci ildən "Arsenal"da çıxış edən 27 yaşlı norveçli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 24 matçda iştirak edib, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.