13:15
784
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi ölkənin hava məkanını pozan PUA-nı vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkə prezidenti Nikuşor Dan bildirib.
"Hava məkanımızda bir dron var idi, o, bir neçə dəqiqə əvvəl, təxminən saat 11:00-da rumıniyalı pilot tərəfindən F-16 ilə vuruldu. Xüsusilə vurğulamaq vacibdir ki, bu, yaşayış olmayan bir ərazi idi", — deyə "Agerpres" agentliyi onun sözlərini sitat gətirir.
O, baş vermiş insidentlə bağlı araşdırma aparıldığını əlavə edib.
Məryəm Quliyeva