Ankara-Tbilisi uçuşları başlayır Dünya

Ankara-Tbilisi uçuşları başlayır

Türkiyənin paytaxtı Ankaradan Tbilisiyə kovidpandemiyadan sonra ilk dəfə birbaşa yeni təyyarə reysi açılıb.

Gürcüstan mətbuatı xəbər verir ki, ölkənin Türkiyədəki səfiri Giorgi Janjğava özünün sosial şəbəkə hesabında Ankara-Tbilisi istiqamətində reyslərin açılacağı barədə foto məlumat paylaşıb.

Diplomatın paylaşımına əsasən, sözügedən istiqamətdəki uçuşlar "Pegasus Hava Yolları" tərəfindən 2 noyabrdan həyata keçiriləcək.

Ankara-Tbilisi uçuşlarının qiymətinə gəlincə 39,99 ABŞ dolları olacağı bildirilib. Hələlik sözügedən istiqamətdəki uçuşların həftə neçə dəfə həyata keçiriləcəyi məlum deyil.
Cavid