Ukrayna məhkəməsi keçmiş naziri həbs edib Dünya

Ukrayna məhkəməsi keçmiş naziri həbs edib

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi keçmiş aqrar siyasət və ərzaq naziri Nikolay Solskini həbs edib.

Trend bu barədə Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, keçmiş nazir külli miqdarda dövlət torpağını qanunsuz mənimsəməkdə ittiham olunur. Məhkəmə Solskini iyunun 24-dək həbs edib.
Keçmiş nazir məhkəmədə öz təqsirini boynuna almayıb. Onun sözlərinə görə, iş 2017-2018-ci illərdə baş verən hadisələrə aiddir və o həmin dövrdə dövlət məmuru deyil, vəkil olub.