“Səfərin siyasi tərəfləri də var” Siyasət

“Səfərin siyasi tərəfləri də var”

“Prezident “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir. Yəni İlham Əliyev həm də qarşıdan gələn COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi Almaniyadadır. Mümkündür ki, səfər zamanı COP29 üçün istiqamətlər müəyyən ediləcək”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. O, bildirib ki, səfərin siyasi tərəfləri də var: “Bakı Fransadan fərqli olaraq Almaniyanın Ermənistan-Azərbaycan danışıqlar prosesinə verdiyi töhfədən, habelə yanaşmasından məmnundur. Bu mənada Berlinlə mövcud sülh gündəliyi, əldə edilən razılıqlar, habelə Cənubi Qafqazda sülhdən sonra iqtisadi layihələrlə bağlı müzakirələr aparılacaq”.