“İlham Əliyev məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək...” Siyasət

“İlham Əliyev məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək...”

“İşağaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli yenidənqurma və bərpa prosesi gedir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. O, bildirib ki, artıq əraziyə xarici ölkə başçıları, rəsmilər, ekspertlər, media nümayəndələri səfər edir: “Misal üçün sonuncu dəfə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Ağdam, Füzuli şəhərlərində olub.
İlham Əliyev məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz olduğunun, bu ərazilərə investisiya cəlb edilə biləcəyinin mesajını verir. Rəsmi Bakının onsuz da işğaldan azad edilən ərazilərə investisiya, xarici şirkətlərin cəlb edilməsinə dair iqtisadi konsepsiyası var. Lakin bununla belə, ölkənin birinci şəxsinin xarici ölkəyə səfərini bu ərazidən etməsi təhlükəsizlik baxımdan ən böyük qarant hesab edilə bilər”.