“Bu məqam diqqət çəksə də...” Siyasət

“Bu məqam diqqət çəksə də...”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib. Səfər bir çox baxımdan diqqət çəkir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan rzayev deyib. O, bildirib ki, ölkə başçısı Almaniyaya Füzuli şəhərindən gəlib: “Yəni Prezident ilk dəfədir, işğaldan azad edilmiş Qarabağdan hansısa bir ölkəyə səfər edir. Təbii ki, bu məqam diqqət çəksə də, verilən əsas mesaj başqadır”.