Baş katib Gürcüstandakı vəziyyətdən narahatdır Dünya

Baş katib Gürcüstandakı vəziyyətdən narahatdır

BMT-nin Baş katibi Antonio Quterreş "xarici agentlər haqqında" qanun layihəsinin qəbuluna etirazların keçirildiyi Gürcüstanda vəziyyəti diqqətlə izləyir və bütün tərəfləri gərginliyin artmasına səbəb ola biləcək hərəkətdən çəkinməyə çağırır.

"Xalq Cəbhəsi" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

O, qeyd edib ki. Baş katib Gürcüstandakı vəziyyəti izləyir. O, bütün iştirakçıları gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır. Baş katib ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin fəaliyyətinin vacibliyini qeyd edir və insanların dinc şəkildə etiraz etmək hüququnu bir daha vurğulayır.

Cavid