ABŞ Ukraynaya qoşun yeridə bilər - Konqresmen Dünya

ABŞ Ukraynaya qoşun yeridə bilər - Konqresmen

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə ABŞ-ın Ukrayna münaqişəsi zonasına qoşun yeritməli olacağını istisna etməyib.

“Biz Ukraynanın çökməsinə imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzla deyil, həm də qoşunlarımızla qarışmaq şansı var”, o, CBS telekanalına müsahibəsində deyib.

Ceffris, eyni zamanda, Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında gecikmədə günahlandırdığı Respublikaçılar Partiyasında rusiyayönlü fraksiyanın gücləndiyini iddia edib.

Onun fikrincə, bu fraksiya “Ukraynanı dəstəkləmək istəmir və Rusiyanın ABŞ-ın düşməni olmadığına inanır”. O, hesab edir ki, bu fraksiyanın lideri nümayəndə Marcori Teylor-Grindir.

Cavid