13 Oktyabr 2024 19:13
3 122
İsrail qoşunları Livanın Burc-əl-Malyuk rayonuna artilleriya zərbəsi endirib, nəticədə 3 livanlı hərbçi xəsarət alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Əl-Vataniya” agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail tərəfdən buraxılan mərmi Livan hərbçilərinin olduğu avtomobilin yanında partlayıb.
Yaralılar xəstəxanaya çatdırılıb.