15:15
623
Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir qədər əvvəl səfir Emiel De Bont və səfirlik əməkdaşlarının Azərbaycan sərhədi ilə təxliyəsi təmin olunub.
Səfir Emiel De Bont Azərbaycan dövlətinə təhlükəsiz təxliyə üçün təşəkkürünü bildirib.
Bundan əlavə, gün ərzində 9 Əlcəzair diplomatı, 13 Azərbaycan, 13 Çin, 2 ABŞ, 1 Kanada, 2 Rusiya Federasiyası vətəndaşı və 1 Finlandiya diplomatı Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunub.




