29 Oktyabr 2024 11:34
2 534
İsrail hərbçiləri Qəzza zolağının şimalında Fələstin qaçqınları olan Cebaliya düşərgəsi ərazisində döyüşləri davam etdirir.
Ordunun mətbuat xidmətinin məlumatına görə, son 24 saat ərzində orada 40 fələstinli radikal məhv edilib. Hesabatda qeyd edildiyi kimi, bu, həm quruda birbaşa toqquşmalar zamanı, həm də İsrail Hərbi Hava Qüvvələrinin quru bölmələrinə dəstək vermək üçün həyata keçirdiyi hava hücumları zamanı baş verib.
Cavid