Rusiyadan Ukraynaya növbəti xəöərdarlıq Dünya

Rusiyadan Ukraynaya növbəti xəöərdarlıq

"Kiyevin insanlara qarşı ordudan istifadə etməsinə son qoyulmalıdır"

Ukrayna rəhbərliyinin xalqa qarşı ordudan istifadə etməsinə son qoyulmalıdır.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici siyasət idarəsinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Avropa Şurasının nazirlər komitəsinin sessiyasında iştirakı ilə bağlı şərhində deyilir.
"Kiyevin mətbuatı sıxışdırmaq, Rusiya ilə Ukrayna arasında gediş-gəlişə məhdidiyyət qoymaq və xalqa qarşı ordudan istifadə siyasəti Avropa Şurasının prinsiplərinə ziddir və buna dərhal son qoyulmalıdır. Avropa Şurasının müvafiq orqanları buna qiymət verməlidir", - deyə Rusiya XİN-in şərhində qeyd olunub.