İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 Yanvar 2025 21:37
2 842
Qazaxıstan və Özbəkistanı 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni dəmir yolu xətti birləşdirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, layihə ölkələr arasında ixrac daşımalarının həcmini artırmaq məqsədi daşıyır.
Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və Özbəkistana ixrac daşımalarının artırılmasına imkan verəcək.
“Bu günə kimi 203 kilometr uzunluğundakı dəmir yolu xəttinin təxminən 100 kilometrlik rels-şpal şəbəkəsinin quraşdırılması başa çatdırılıb”, - deyə məlumatda bildirilir.