İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 Yanvar 2025 23:48
2 457
Rusiyanın Voronej şəhərinin Levoberejnı rayonunda PUA-nın düşməsinin nəticələrinin aradan qaldırılması işlərinə operativ başlamaq üçün fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Petrin Teleqram hesabında yazıb.
O bildirib ki, fövqəladə vəziyyət rejimi sakinlər üçün heç bir məhdudiyyət qoymur:
“Qubernatorun göstərişi ilə biz PUA qəzasının nəticələrini aradan qaldırmaq üçün işimizi davam etdiririk. Ərazidə mümkün qədər tez işə başlamaq üçün fövqəladə vəziyyət tətbiq edirik. Dərhal qeyd edim ki, bu rejim prosedurları mümkün qədər tez həyata keçirməyə və iş üçün podratçını müəyyənləşdirməyə imkan verir”.