İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
6 Yanvar 2025 08:14
2 317
ABŞ-nin Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buzlanma, güclü yağış və tufan səbəbilə fövqəladə vəziyyət elan edilib.
Yaranmış hava şəraitinin təxminən 62 milyon insana təsir edəcəyi bildirilir.
Fırtına gözlənilən 30 ştatda həyəcan vəziyyəti elan edilərək vətəndaşlara evdə qalmaq tövsiyə edilib.
Bundan başqa ABŞ-də 1500-ə yaxın reys ləğv edilib, 2 min reys isə təxirə salınıb. Bəzi qatar reysləri də ləğv edilib.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, ölkədə son 10 ilin ən güclü qarı gözlənilir.