İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
11 Yanvar 2025 21:25
2 576
Rusiya artıq imperiyasının olmaması ilə barışmalıdır. Qərb isə indiki məqamda Ukrayna ilə bağlı aydın yanaşma hazırlamalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Litvanın “Delfi” nəşrinə müsahibəsində deyib.
Conson Vladimir Putinə təhqirlər də yağdırıb:
“Putinin etdiyi barbarlıqdır və o başa düşməlidir ki, Estoniya, Latviya, Litva - bu ölkələrin heç biri artıq Rusiya imperiyasının bir hissəsi deyil, eyni şey Ukrayna üçün də keçərlidir. Hər şey bitdi! Bit-di! Daha imperiya yoxdur, Vladimir, sən … axmaqsan! İfadəmə görə üzr istəyirəm, ancaq o elə belədir ki var!”