İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
19 Yanvar 2025 19:20
2 177
Ermənistan İnterpol xətti ilə axtarışda olan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İnterpolun təqdim etdiyi sorğuya cavab olaraq, 2025-ci il yanvarın 19-da Ermənistan Türkiyədə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi Türkiyəyə ekstradisiya edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, İrəvan sözügedən şəxsləri “Qırmızı bülleten” çərçivəsində təqdim edilən sorğuya cavab olaraq Ankaraya təhvil verib.