İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
24 Yanvar 2025 14:00
2 289
Biz Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilməsini təklif edirik.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O, ABŞ-nin də buna maraq göstərəcəyi təqdirdə münasibətlərin yenidən qurulacağını qeyd edib.
“Ən vacibi budur ki, biz Gürcüstan-ABŞ münasibətlərini bərpa etməyə tam hazırıq. Üstəlik, biz ABŞ-yə təklif edirik ki, Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilsin. Amerikadan da eyni maraq olarsa, təbii ki, münasibətlər yenidən qurulacaq. Biz ABŞ-nin prezident administrasiyasının mövqeyini gözləyəcəyik”, - deyə Kobaxidze bildirib.