İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
26 Yanvar 2025 16:45
2 163
İsveçrə Ukrayna ilə bağlı hazırlıq danışıqları aparmağa hazırdır, Kiyev də bu ideyanı dəstəkləyib.
Xalqcebhesi.az xəbər verir ki, bunu İsveçrə Prezidenti Karin Keller-Zutter deyib.
“Mən prezident Zelenskini bu həftə Davos Forumunda keçirilən görüşdə əmin etdim ki, biz hazırlıq danışıqları aparmağa hazırıq. O da razılaşdı”, - prezident bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı yeni konfransın planlarına qərar verməzdən əvvəl İsveçrə amerikalıların planını bilməlidir:
“Onlar sülh danışıqlarında əsas amildir və ABŞ-ın yeni administrasiyasının hara getmək istədiyi hələ bəlli deyil. Bundan əlavə, Rusiya da danışıqlar masasında olmalı və qlobal Cənub ölkələri də iştirak etməlidir”.